Botanix – bitkilər və bağçılıq haqqında jurnaldır

Azərbaycanca

Hindistan şanagülləsi (Nelumbo nucifera)

picture

Şanagüllənin çiçəkləri

Hindistan şanagülləsi (Nelumbo nucifera) – bu, bozumtul-yaşıl, islanmayan yarpaqları və çəhrayı çiçəkləri ilə füsunkar, mistik su bitkisidir. Buddistlər ondan dini mərasimlər üçün istifadə edirlər. Bitkinin bütün hissəsi yeməlidir (qidada əsasən toxumlarından və yerfındığından istifadə edilir), bütün Cənub-Şərqi Asiya ölkələrində müxtəlif xörəklərin hazırlanmasında istifadə olunur. Bu bataqlıq bitkisini ağ suzanbağı kimi də becərmək olar. Bizdə şanagülləni becərmək çətin deyil, ancaq bunu necə etməyi bilmək lazımdır.

Toxumu „əkməzdən“ əvvəl onu sumbatadan təmizləmək lazımdır, onların səthinə xüsusi maddə hopdurulur ki, suyunu tamamilə buraxmasın. Toxumlar yaxşı islanmadığına görə cücərməyə də bilər. Toxum sumbatadan təmizlənilmədən öz cücərmə qabiliyyətini min il də saxlaya bilər, siz onu sumbatadan təmizləmədən suya qoysanız, bir neçə il onların cücərməsini gözləməli olacaqsınız.

Cümə axşamı 28.12.2023 18:01 | Çap edin | Bitkilərin becərilməsinə göstəriş

Çörəkağacı (Artocarpus odoratissimus)

Çörəkağacı (Artocarpus) tut fəsiləsindən 60 növü olan həmişəyaşıl tropik ağacdır, Cənub-şərqi Asiyada və Sakit okean adalarında becərilir. O, əncir ağacı ilə eyni mənşəlidir (Ficus). Daha çox yayılmış və becərilən təbii çörəkağacıdır (Artocarpus altilis). Bu fəsiləyə meyvə ağacı və kol şəklində olan digər növlər də aid edilir, məsələn, Adi Artokarpus (Artocarpus communis), Cempedak (Artocarpus integer), Artocarpus heterophyllus (Jackfruit, Nangka) və Marang və ya Tarap (Artocarpus odoratissimus).

Cümə axşamı 28.12.2023 17:56 | Çap edin | Ekzotik bitkilər

Həşəratyeyən bitkilərin toxumlarının səpilməsi qaydası

picture

Balkan yağlıcaotu (Pinguicula balcanica)

Həşəratyeyən bitkilərin toxumları öz cücərmə qabiliyyətlərini qısa müddət ərzində saxlayırlar. Bir ildən sonra bir çox növlərin toxumlarının cücərmə qabiliyyəti azalır. Buna görə də bu bitkilərin toxumlarını əldə edən kimi səpmək lazımdır.

Cümə axşamı 28.12.2023 17:53 | Çap edin | Ekzotik bitkilər, Bitkilərin becərilməsinə göstəriş

Hindistan fıstığı Pongamia pinnata

picture

Pongamia pinnata

Pongamia pinnata (Hindistan fıstığı, Honge Tree, Pongam Tree, Panigrahi) paxlalılar fəsiləsindən yarpağı tökülən ağacdır (Fabaceae), vətəni Hindistan hesab olunur, Cənub-Şərqi Asiyada becərilir.

Hündürlüyü 15–25 metr olur və böyük çətir əmələ gətirir. Kiçik, ağ, çəhrayı, bənövşəyi rəngli, ətirli çiçəklər açır.

Cümə axşamı 28.12.2023 17:50 | Çap edin | Ekzotik bitkilər

Şaxtaya davamlı palma (oxlu kirpi) Rhapidophyllum hystrix

picture

Rhapidophyllum hystrix palma

Rhapidophyllum hystrix dünyada şaxtaya davamlı növlərdən biri hesab olunur və bununla yanaşı Rhapidophyllum monotip fəsiləsindən yeganə növdür. Təbiətdə o, ABŞ-nin cənub-şərqində bataqlıq yerlərdə bitir. – 20 °C şaxtaya və soyuğa davamlılığına görə, bu növü açıq havada və bizim şəraitdə becərmək əlverişlidir. Onu müsbət xarakteristikasına böyük olmayan hündürlüyünü (maksimum 1–3 metr) və tikanlarla sıx örtülmüş gözəl gövdəsini əlavə etmək olar.

Cümə axşamı 28.12.2023 17:48 | Çap edin | Palmalar

Continue: 1-5 6-10 11-14

KPR klub haqqında

Logo of KPR - Bağbanlar Klubu Slovakiya
KPR − Bitkiçilik klubu beynəlxalq bağçılıq təşkilatıdır. Daha çox oxuyun...
Təcrübənizə əsasən bitkilərin becərilmə və yetişdirilmə üsulunu bizimlə bölüşün. Bu maqalə haqqında yazın və Botanix jurnalında ana dilinizdə dərc edin! Digər məlumatlar üçün bizimlə əlaqə saxlayın.

Kateqorya: hamısı Bitkilərin becərilməsinə göstəriş Ekzotik bitkilər Palmalar Qazon Ziyanvericilər